iPhone 7, 8, X və digər modellərlə birlikdə gələn lightning başlıqlı Earpods’ların cihaza birləşən hissəsində problem yaranarsa həmin hissə yəni lightning başlıq dəyişilməlidir. Bəs həmin hissədə problem olduğunu necə bilmək olar? Qulaqlığın cihaza birləşən hissəsi yəni lightning başlığına yaxın hissədə kabeli tərpətdikdə səs itir və qayıdırsa, musiqi dayanır, Siri açılırsa deməli başlıq dəyişilməlidir. Və ya başlığın çıxıntısı (dəmiri) qırılıbsa həmin hissə yenisi ilə əvəzlənməlidir. Amma lightning başlıqlı qulaqlıqların təmirində bu başlıqlardan yox 3.5 mm ölçülü standart başlıqlardan (plug) istifadə olunur. Telefonun qulaqlıq girişi yoxdursa lightning converter yəni “perexadnik” istifadə etmək lazımdır.

Əgər lightning converter-lə istifadə etmək istəmirsinizsə bu oxuyun. Yeni və original iPhone 7/8/X qulaqlığı ən az 50 AZN’dir və lightning başlıqlar tez xarab olur. Lakin bizim bağladığımız başlıqlar həm keyfiyyətli həm də uzunömürlüdür. Təmirdən sonra istifadə formasına görə ən az 2 il işlətmək olar. Xarab olan yalnız “perexadnik” olacaq ona görə də təmiri daha sərfəlidir.

Yuxarıda qeyd edilən 3,5 mm başlıq Earpods’a qoşulu halda


Başlığın dəyişilməsi 9 AZN-dir və qiymətə elastik qoruyucu daxildir. Bu qoruyucu qulaqlığın tez xarab olmasını əngəlləyir.

Qulaqlığın səsi zəif gəlirsə pərdələri dəyişilməlidir. Pərdələr dəyişiləndə səs qulaqlığın ilk alındığı günki kimi gəlir. Bu isə 6 AZN-dir.