Qaydalar və Şərtlər

Təmirçi-yə müraciət edən hər bir müştəri müraciət formunda “Qaydalar və Şərtlər-lə razılaşıram” düyməsini basıb “GÖNDƏR” düyməsinə klik edərsə, həmin şərtləri qəbul etmiş hesab edilir.

Təmir üçün verilən qulaqlıq və ya aux kabelin (bundan sonra CİHAZ) sahibinə artıq təmirin bitdiyi və ya təmirin mümkün olmadığı haqqında məlumat verildiyi andan etibarən təmirə verilən “cihaz” 30 gün müddətində geri götürülməlidir. Cihaz həmin müddətdə geri götürülməzsə, 30 gündən sonraki hər gün üçün (31-60-cı günlər arasında) 1 AZN cərimə ödənilməlidir. Bu müddət 60 günü keçdikdən sonra, yəni 61-ci gündən etibarən Təmirçi (Temirchi.az) “cihaz”ın markası, dəyəri və başqa hər hansı xüsusiyyət və halından asılı olmayaraq onun məhv edilməsi və ya atılması hüququna malikdir.

Bu “Qaydalar və Şərtlər” hər an dəyişə bilər. Siz bu “Qaydalar və Şərtlər”-lə razılaşdığınız halda, hər an dəyişə biləcək “Qaydalar və Şərtlər”-i hər zaman olduğu kimi qəbul etmiş olursunuz.